Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.

Heftelik.az APA-ya istinadən xəbər verir ki, hadisə-Gəncə-Göygöl-Hacıkənd-Toğanalı-Kəlbəcər avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

“Niva” markalı minik maşını qarşısına çıxan 2017-ci il təvəllüdlü N.B.nı vurub. Qəzadan sonra minik maşını idarəetmədən çıxaraq dərəyə aşıb. Nəticədə minik maşından olan 2 nəfər və piyada xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

TƏBİB-dən bildirilib ki, Göygöl rayonu Toğana kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 3 nəfər (2 kişi, 1 qadın) 29 iyul tarixində saat 10:30 radələrində Göygöl Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub:

“Bədənin müxtəlif nahiyələrinin küt travmaları diaqnozu təyin edilən şəxslərə zəruri tibbi yardım göstərilib. İxtisaslaşmış tibbi müayinə və müalicənin davam etdirilməsi məqsədilə hər üç pasiyent Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya təxliyə olunub. Hazırda pasiyentlər instrumental-diaqnostik müayinələrə cəlb olunub, vəziyyətləri orta ağır qiymətləndirilir”.