Qazaxıstanın xarici işlər naziri Yermek Koşerbayev ABŞ dövlət katibi Marko Rubio ilə telefon danışığı aparıb.
Heftelik.az xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Tərəflər ikitərəfli münasibətlərin genişləndirilmiş strateji tərəfdaşlıq çərçivəsində aktual məsələlərini, həmçinin Xəzər Boru Kəməri Konsorsiumunun infrastrukturuna həyata keçirilən hücumları müzakirə ediblər.
Telefon danışığı zamanı, həmçinin Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dekabrda Mayamidə keçiriləcək G20 Sammitində iştirakı çərçivəsində planlaşdırılan ABŞ səfərinə hazırlıq məsələləri də nəzərdən keçirilib.
