Səudiyyə Ərəbistanının Silahlı Qüvvələri İraq ərazisində İranyönümlü silahlı dəstələrin mövqelərinə zərbələr endirib.

Heftelik.az  xəbər verir ki, bunu krallığın Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Türki əl-Maliki bildirib.

Onun sözlərinə görə, əməliyyat ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı ilə koordinasiyalı şəkildə həyata keçirilib. Hədəflər Səudiyyə Ərəbistanının neft infrastrukturuna hücumlarda əli olan silahlı dəstələrin obyektləri olub.

Əl-Maliki vurğulayıb ki, zərbələr özünümüdafiə hüququnun həyata keçirilməsi çərçivəsində endirilib