Yaponiyanın Küsü adasındakı Kumamoto prefekturasında 5,4 bal gücündə təkrar zəlzələ qeydə alınıb.
Heftelik.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri əhalisi 680 mindən çox olan Kumamoto şəhərindən 55 kilometr cənubda yerləşib. Yeraltı təkanların ocağı 10 kilometr dərinlikdə qeydə alınıb.
Hadisə nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.
Qeyd edək ki, bundan əvvəl Yaponiyada 7,1 bal gücündə zəlzələ baş vermişdi. Bu, son illərdə ölkədə qeydə alınan ən güclü zəlzələlərdən biri hesab olunur.
