ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın raket hücumuna cavab olaraq zərbələr seriyası həyata keçirib.
Heftelik.az xəbər verir ki, bu barədə CENTCOM məlumat yayıb.
Məlumata görə, ABŞ hərbi qüvvələri iyulun 29-da İranın İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) məxsus hədəflərə qarşı genişmiqyaslı zərbələr endirib.
Qeyd olunub ki, əməliyyat bir gün əvvəl İran tərəfindən Yaxın Şərqdə yerləşən ABŞ qüvvələrinə qarşı həyata keçirilən raket hücumuna cavab olaraq icra edilib.
