
Türkiyədə Etimesqut Bələdiyyəsində korrupsiya ittihamları ilə keçirilən əməliyyat çərçivəsində bələdiyyə sədri Erdal Beşikçioğlu saxlanılıb.
Heftelik.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Məlumata görə, əməliyyat korrupsiya istintaqı çərçivəsində həyata keçirilib.
Hadisə ilə bağlı araşdırma davam edir.
Erdal Beşikçioğlu 2024-cü ildə Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi kimi Etimesqut bələdiyyə sədri seçilib.
O, daha çox teatr və kino aktyoru kimi tanınır.
