
Yevlaxda 16 yaşlı qız zəhərlənərək ölüb.
Heftelik.az APA-ya istinadən xəbər verur ki, Yevlax şəhər sakini, 2010-cu il təvəllüdlü M.Ə. qida zəhərlənməsi şübhəsi ilə Yevlax Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
Ölümün səbəbi təyin olunacaq məhkəmə-tibbi ekspertizasının rəyindən sonra məlum olacaq.
TƏBİB-dən bildirilir ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Yevlax şəhəri, Salatın Ə. küçəsi ərazisindən çağırış qeydə alınıb.
Bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfərin (qadın) həkiməqədər ölüm faktı qeydə alınıb.
