Bakıda qətl törədildi

31 İyul 2026, 00:24

İyulun 30-u saat 20 radələrində paytaxtın Xətai rayonu ərazisində qətl hadisəsi baş verib.

Heftelik.az APA-ya istinadən xəbər verir ki, 1987-ci il təvəllüdlü Sabir Camalov münaqişə zəminində 1991-ci il təvəllüdlü Orxan Yusubova bıçaqla xəsarətlər yetirib. O. Yusubov aldığı xəsarətlərdən ölüb.

Hadisəni törədib qaçan S. Camalovu polis əməkdaşları saxlayıblar.
Faktla bağlı araşdırma aparılır.