Notariat hərəkətləri barədə məlumatlardan xəbərdar olan şəxslər sirri qorumağa borcludurlar.
Heftelik.az-ın məlumatına görə, bu, “Notariat haqqında” qanunda əksini tapıb.
Bu öhdəlik notariuslara, digər vəzifəli şəxslərə və xidməti vəzifələrini yerinə yetirərkən həmin məlumatları öyrənən şəxslərə şamil edilir.
Sirrin qorunması peşə fəaliyyətinin əsas prinsiplərindən biridir.
Qanun bu məlumatların qanunsuz yayılmasına yol vermir.