“Qara Tofiq” vəfat etdi

01 Avqust 2026, 22:01

Azərbaycanın keçmiş kənd təsərrüfatı naziri, “Qara Tofiq” ləqəbi ilə tanınan Tofiq Hüseynov (Tofiq Hüseynli) 74 yaşında vəfat edib.

Heftelik.az  xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.

Tofiq Hüseynov 1992-ci ildə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı olub.