Rusiya ordusu avqustun 1-nə keçən gecə Kiyev şəhəri də daxil olmaqla vilayətin bir sıra bölgələrinə raketlərlə kütləvi zərbə endirib.

Heftelik.az  xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb.

Zərbələr zamanı “Sirkon” hipersəs raketlərindən də istifadə olunub.

Ukrayna Fövqəladə Hallar Xidmətindən bildirilib ki,  Kiyevə hücumu nəticəsində 9 nəfər ölüb, yaralılar var.