Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinin püşkü atılacaq.

Heftelik.az Qafqazinfo-ya istinadən xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən püşkatma mərasimində Azərbaycanı qitənin ən nüfuzlu klub turnirində təmsil edən “Sabah” da potensial rəqibini tanıyacaq.

Bakı vaxtı ilə saat 14:00-da başlayacaq tədbirdə “Sabah”ın potensial rəqibi bəlli olacaq. Ölkə çempionu növbəti rəqibi görmək üçün öncə 3-cü təsnifat mərhələsində Danimarka “Orhus”unu keçməlidir. Təmsilçimiz burda uduzacağı halda Avropa Liqasının pley-offuna enəcək ki, həmin mərhələdəki rəqiblər də bu gün bəlli olacaq.

Bu gün “Qarabağ”ın da potensial rəqibi bəlli olacaq. Saat 16:00-da başlayan mərasimdə ağdamlıların Konfrans Liqasının pley-offundakı mümkün rəqiblərinin adına aydınlıq gələcək. Həmin rəqibi görmək üçün Ağdam klubu 3-cü təsnifat mərhələsində Ukrayna təmsilçisi “Dinamo”nu (Kiyev) sıradan çıxartmalıdır.

“Sabah”ın potensial rəqibləri

“Hapoel” (Beer-Şeva, İsrail) – “Srvena Zvezda” (Serbiya) cütünün qalibi
“Dinamo” (Zaqreb, Xorvatiya) – “Kauno Jalgiris” (Litva) cütünün qalibi
“Seltik” (Şotlandiya)
“Myelbü” (İsveç) – “Slovan” (Bratislava, Slovakiya) cütünün qalibi
AEK (Afina, Yunanıstan)

“Qarabağ”ın potensial rəqibləri

“Hetafe” (İspaniya)
“Tvente” (Niderland) – DAC 1904 (Slovakiya) cütünün qalibi
“Beytar” (İsrail) – “Austriya” (Vyana, Avstriya) cütünün qalibi
Avroliqanın “Makkabi” (Tel-Əviv, İsrail) – SSKA (Sofiya, Bolqarıstan) cütünün məğlub