“Sabah”ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki potensial rəqibləri müəyyənləşib.

Heftelik.az Report-a istinadən xəbər verir ki, püşkatma mərasimi İsveçrənin Nyon şəhərində keçirilib.

Bakı klubu UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Danimarka təmsilçisi “Orhus”na məğlub olacağı təqdirdə “Benfika” (Portuqaliya) – “Harts” (Şotlandiya) cütünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları avqustun 20-də, cavab görüşləri isə 27-də keçiriləcək.