Naxçıvan Muxtar Respublikasının  rayonlarına yeni icra başçıları təyin edilib.

Heftelik.az-ın xəbərinə görə, Prezident İlham Əliyevin sərəncamı ilə Rəcəb Zakir oğlu Rəhimli Naxçıvan Muxtar Respublikası Ordubad Rayon İcra Hakimiyyətinin, Naim Etibar oğlu Cahidzadə isə Naxçıvan Muxtar Respublikası Sədərək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Dövlət başçısının digər sərəncamları ilə Naim Etibar oğlu Cahidzadə Naxçıvan Muxtar Respublikası Culfa Rayon İcra Hakimiyyətinin, Nurlan Rauf oğlu Hacıyev Naxçıvan Muxtar Respublikası Ordubad Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.