Ağsuda kişini ilan sancıb.
Heftelik.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Səfərli kəndində qeydə alınıb.
Kənd sakini 58 yaşlı Paşayev Səfər həyat yanı sahəsində gəzərkən onu ilan sancıb. Təcili olaraq rayon mərkəzi xəstəxanasına çatdırılan şəxsin vəziyyəti orta-ağır qiymətləndirilir.
