Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) müəllimlər üçün nəzərdə tutulan yataqxana ərazisindəki açıq sahədə yanğın olub.
Heftelik.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Ozan küçəsində qeydə alınıb.
Ümumi sahəsi 1.5 ha olan ərazinin 500 kv.m-ə yaxın hissəsində quru ot, kol və 20 ağac yanıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə İdarəsinin üç yanğın söndürən avtomobili və 20-yə yaxın canlı qüvvəsi cəlb olunub.
Edilən müdaxilə nəticəsində alovun genişlənməsinin qarşısı alınıb.
İlkin məlumata görə, yanan ağaclar əsasən küknar, şam, çinar ağaclarıdır.
Faktla bağlı araşdırma başlanılıb.
