Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Kiyevə son hücumunda 17 nəfərin öldüyünü, daha 44 nəfərin yaralandığını bildirib.

Heftelik.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Telegram-da paylaşım edib.

Onun sözlərinə görə, Rusiya qoşunları paytaxt Kiyev şəhərinə və Kiyev vilayətinə 24 ballistik raket, dörd “Zirkon/Oniks” raketi və 115 pilotsuz təyyarə buraxıb ki, onların da böyük hissəsi reaktivdir.

Zelenski qeyd edib ki, hücumun əsas hədəfi mülki infrastruktur obyektləri, o cümlədən özəl müəssisələrin anbarları, tikinti materialları anbarları, logistika obyektləri, infrastruktur və dəmir yolu stansiyası olub.

Ukrayna Prezidenti əlavə edib ki, raketdən müdafiə sistemlərinə dəstək verilməsi insan ölümlərinin qarşısını ala bilər.

Rusiyanın ballistik raket istehsalının əhəmiyyətli bir hissəsinin hələ də sanksiyalar altında olmadığını bildirən Zelenski Böyük yeddiliyi, Avropa İttifaqını yeni addımlar atmağa çağırıb.

***

saat 10.48

Rusiyanın avqustun 5-nə keçən gecə Kiyevə pilotsuz uçuş aparatları və ballistik raketlərlə zərbə endirib.

Heftelik.az xəbər verir ki, Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti zərbələr nəticəsində 14 nəfərin öldüyü, 27 nəfərin yaralandığını açıqlayıb.

Hücumlar loqistika, ticarət, istehsalat və digər obyektlərə edilib.

Bundan başqa, yaşayış binaları, mülki infrastruktur da zərbələrin hədəfi olub.