Bakıda kişi binadan yıxılaraq ölüb.

Heftelik.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Yasamal rayonu, M.Xiyabani küçəsində qeydə alınıb.

Mingəçevir şəhər sakini 40 yaşlı Rəvan Elbrus oğlu Abdurahmanov kirayə yaşadığı 18 mərtəbəli binanın 8-ci mərtəbəsindən yıxılaraq, ölüb.

Faktla bağlı araşdırma aparılır.