Notariat xidmətlərinin dəyəri vətəndaşlar üçün əlçatan formada göstərilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Notariat haqqında” qanunda əksini tapıb.
Xidmət haqları barədə məlumat lövhəsi hər bir notariat ofisinin görünən yerində asılmalıdır.
Bu tələb dövlət notariat arxivlərinə də şamil olunur.
Məqsəd xidmət haqları barədə şəffaflığın təmin edilməsidir.