Ceyhun Bayramov Ukraynadadır

06 Avqust 2026, 10:54

Bu gün xarici işlər naziri Ceyhun Bayramovun Ukraynaya rəsmi səfəri başlayıb.

Heftelik.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Səfər çərçivəsində Ukraynanın xarici işlər naziri Andriy Sıbiha və digər yüksək səviyyəli rəsmilərlə ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulub.

Ceyhun Bayramov ukraynalı həmkarı Andriy Sibiha ilə birlikdə Kiyevdə Ukraynanın müharibədə həlak olmuş müdafiəçilərinin xatirə memorialını ziyarət edib.