Notarius müvəqqəti olmadıqda onu əvəz edən köməkçi notariat hərəkətlərini həyata keçirə bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Notariat haqqında” qanunda əksini tapıb.
Köməkçi bu müddətdə əvəz etdiyi notariusun adından və möhüründən istifadə edir.
Onun əməyinin ödənişi xüsusi notariusun hesabına həyata keçirilir.
Köməkçinin vurduğu ziyana görə xüsusi notarius da subsidiar məsuliyyət daşıyır.
