“Laçın” ticarət mərkəzində ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Heftelik.az Qafqazinfo-ya istinadən xəbər verir ki, avqustun 5-i saat 12 radələrində Qara Qarayev prospekti 105-də yerləşən ticarət mərkəzində lift ustası 1962-ci il təvəllüdlü Namiq Balaməmməd oğlu Məmmədov lifti təmir edərkən yıxılıb.
Xəstəxanaya yerləşdirilmiş N.Məmmədov saat 17 radələrində orada ölüb.
Faktla bağlı araşdırma aparılır.
