Mingəçevirdə Qarabağ kanalında batan 14 yaşlı yeniyetmənin meyiti tapılıb.
Heftelik.az APA-ya istinadən xəbər verir ki, avqustun 5-də Qarabağ kanalının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində batan şəhər sakini, 14 yaşlı Nicat Şərifzadənin meyiti bu gün Fövqəladə Hallar Nazirliyinin dalğıcları tərəfindən sudan çıxarılıb.
Faktla bağlı araşdırma aparılır.
