Notariat fəaliyyətini davam etdirmək istəyən şəxslər üçün yeni prosedur müəyyən edilib.
Heftelik.az-ın məlumatına görə, bu, “Notariat haqqında” Qanunda əksini tapıb.
Notarius şəhadətnaməsinin müddəti bitməsinə üç ay qalmış ərizə ilə müraciət etməlidir.
Onun fəaliyyəti qiymətləndirildikdən sonra müsbət nəticə əldə edilərsə, şəhadətnamənin müddəti daha beş il uzadılır.
Müddətin uzadılması üçün dövlət rüsumu ödənilməlidir.