Özəl ümumi təhsil müəssisələri maliyyə vəsaitlərini sərbəst idarə etmək hüququna malik olacaqlar.

Heftelik.az-ın məlumatına görə, bu, “Ümumi təhsil haqqında” qanunda əksini tapıb.

Bələdiyyə və özəl məktəblərdə təhsil haqqının məbləği təhsil proqramlarına uyğun sərbəst müəyyən ediləcək.

Valideynlər və ya qanuni nümayəndələrlə münasibətlər müqavilə əsasında tənzimlənəcək.

Bu qaydalar qeyri-dövlət təhsil müəssisələrinin fəaliyyətini hüquqi baxımdan müəyyənləşdirir.