Bakıda mənzildən meyit tapılıb.
Heftelik.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə dünən saat 21 radələrində Binəqədi rayonu Süleyman Sani Axundov küçəsi 31-də yerləşən binadakı evlərin birində baş verib.
Saatlı rayon sakini 1991-ci il təvəllüdlü Xubayar Ehtibar oğlu Rüstəmzadənin üzərində zorakılıq əlamətləri görünməyən meyiti yaşadığı mənzildə aşkar edilib.
Qeyd edək ki, Xubayar Rüstəmzadə 2014-cü ildən Azərbaycan Beynəlxalq Bankında fəaliyyət göstərib, son olaraq Kreditlərin anderraytinqi və monitorinqi departamentinin Pərakəndə kreditlərin anderraytinqi şöbəsinin müdiri vəzifəsində çalışırdı. O, həm də Azərbaycan Banklar Assosiasiyasının (ABA) eksperti kimi tanınıb.
