
Bakıda estetik əməliyyatdan sonra pasiyentin ölüm faktı prokurorluq tərəfindən araşdırılır.
Bu barədə Heftelik.az-a Baş Prokurprluğun Mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, “Kəpəz” Hospitalında baş verən ölüm faktı ilə bağlı müvafiq olaraq Nəsimi rayon prokurorluğunda araşdırma başlanıb.
Qeyd edək ki, Almaniya vətəndaşı olan Türkiyə əsilli Tulin Turpun dünən “Kəpəz” Hospitalda keçirdiyi plastik əməliyyatdan sonra ölməsi barədə “Qafqazinfo” məlumat yayıb.
Əməliyyatın cərrah Seymur Məmmədov tərəfindən icra olunduğu bildirilir.
Xatırladaq ki, bundan öncə də cərrah Seymur Məmmədovun əməliyyat etdiyi iki qadının ölümü ilə bağlı məlumatlar yayılıb. Bildirilir ki, 1989-cu il təvəllüdlü Nilufər Abdulla və 1991-ci il təvəllüdlü Pərvanə Mirzəyeva da həmin cərrah tərəfindən Yasamal rayonunda yerləşən “Etalon” klinikasında əməliyyat ediləndən sonra ölüb.
***
saat 15.38
Bakı şəhər Nəsimi rayonu ərzisində yerləşən “Kəpəz” Hospitalda ölüm hadisəsi baş verib.
Heftelik.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Almaniya vətəndaşı olan Türkiyə əsilli Tulin Turp dünən tibb müəssisəsində keçirdiyi plastik əməliyyatdan sonra vəfat edib.
