Bu sursatlara hazırda ABŞ-ın özünün daha çox ehtiyacı var.

Heftelik.az  xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp Ukraynanın əlavə “Patriot” HHM sistemləri üçün raketlərlə bağlı müraciətini şərh edərkən deyib.

Onun sözlərinə görə, Vaşinqton öz hərbi ehtiyatlarını və ölkənin təhlükəsizliyini də nəzərə almaq məcburiyyətindədir.

Tramp vurğulayıb ki, ABŞ-da sursat istehsalı sürətlə artırılsa da, “Patriot”lar üçün raketlər də daxil olmaqla bəzi silah növlərinin ehtiyatları məhduddur. Bu vəziyyət həm Ukraynaya yardımın həcminə, həm də ABŞ-ın digər bölgələrdəki hərbi öhdəliklərinə təsir göstərir.

Bununla yanaşı, ABŞ administrasiyası Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək üçün müxtəlif variantları müzakirə etməyə davam edir. Müzakirələrə “Patriot” sistemləri üçün raketlərin istehsalının gələcəkdə Ukraynada təşkil edilməsi və ya Almaniyada yekun yığılması kimi təkliflər də daxildir.

Lakin bu layihələrin reallaşmasının ən azı bir il çəkə biləcəyi bildirilir.