Tərtərdə ər-arvadın qətli ilə bağlı yeni təfərrüatlar məlum olub.

Heftelik.az APA-ya istinadən xəbər verir ki, hadisəni törətməkdə ittiham olunan Vüqar Baxşəliyev yanğın törətməzdən əvvəl 1941-ci il təvəllüdlü Əsgər Səmədova və onun arvadı, 1954-cü il təvəllüdlü Adilə Hüseynovaya mətbəxdən götürdüyü bıçaqla xəsarətlər yetirib.

Daha sonra evi yandıraraq ərazidən qaçıb.

O, Tərtər rayon Polis Şöbəsi əməkdaşları tərəfindən saxlanılıb.

***

saat 11.40

Tərtərdə ar-arvadın qətli ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Heftelik.az APA-ya istinadən xəbər verir ki, hadisə avqustun 6-sı səhər saatlarında qeydə alınıb.

1987-ci il təvəllüdlü Vüqar Baxşəliyev həmyerlisi 1941-ci il təvəllüdlü Əsgər Səmədovun yaşadığı evə pəncərədən girib. O, 17 400 manat pulu oğurlayıb, sonra izi itirmək və öldürmək məqsədi ilə gətirdiyi benzinlə evi yandırıb.

Həmin zaman Ə. Səmədovun və arvadı 1954-cü il təvəllüdlü Adilə Hüseynovanın yuxudan oyandığını görüb qapını bağlayaraq hadisə yerini tərk edib.

O da məlum olub ki, o, pulları mərhum atasına il mərasimi keçirmək üçün oğurlayıb.

Vüqar Baxşəliyev əvvəllər Cinayət Məcəlləsinin bir sıra maddələri (177, 178, 320, 312, 326) üzrə məhkum olunub.

O, Tərtər rayon Polis Şöbəsi əməkdaşları tərəfindən saxlanılıb.

Tərtərdə yanğın törədərək ər-arvadı öldürüb cinayəti gizlətməyə çalışan şəxs tutuldu