Tovuzda qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb.

Tovuz rayon prokurorluğundan Heftelik.az-a verilən məlumata görə, avqustun 6-da Tovuz rayonunun Əlimərdanlı kəndi ərazisində 1961-ci il təvəllüdlü Məhəbbət İsayevanın meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla 1997-ci il təvəllüdlü Ülvi İsayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı odun parçası ilə xəsarətlər yetirərək qohumu Məhəbbət İsayevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Tovuz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi (qəsdən adam öldürmə) ilə cinayət işi başlanıb, Ü.İsayev prokurorluq tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam edir.

***

saat 13.52

Tovuzda güllələnmə hadisəsi baş verib.

Heftelik.az APA-ya istinadən xəbər verir ki,  hadisə rayonun Əlimərdanlı kəndində yerləşən fermada qeydə alınıb.

Fermada 1961-ci il təvəllüdlü M.İsayeva güllələnərək qətlə yetirilib.

İlkin məlumata görə, qətl onun qardaşı oğlu – 1997-ci il təvəllüdlü Ü.İsayev tərəfindən törədilib.

Hazırda faktla bağlı araşdırma aparılır.

Faktla bağlı araşdırma aparılır.