Hazırda Ukraynanı dünyanın azı 72 ölkəsindən olan təxminən 16 min nəfər əcnəbi könüllü müdafiə edir.

Heftelik.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın hərbi ombudsmanı Olqa Reşetilova ölkənin xarici diplomatik qurumlarının rəhbərlərinin müşavirəsində bildirib.

Reşetilova həmin şəxslərin, demək olar ki, 40%-nin Latın Amerikası ölkələrinin vətəndaşları olduğunu açıqlayıb.

“Dövlətimiz əcnəbi hərbi qulluqçuların töhfəsini yüksək qiymətləndirir və onların hüquqlarının təmin edilməsi üçün öz məsuliyyətini dərk edir”, – o deyib.