Sabiq ABŞ Prezidenti Co Baydenin oğlu prostat xərçənginin atasının sümüklərinə yayıldığını açıqlayıb.
Heftelik.az xəbər verir ki, Hanter Bayden xərçəngin 83 yaşlı atasının sümüklərinə və digər orqanlarına yayıldığını, şiddətli ağrılara səbəb olduğunu və ümumi vəziyyətini pisləşdirdiyini açıqlayıb.
O, atasının əziyyət çəkdiyini görməyin çox kədərli olduğunu etiraf edib.
