Skip to content
  • Ca. Noy 12th, 2026
Heftelik.az
  • Bütün xəbərlər
  • Rəsmi
  • Siyasət
  • Sosial
  • Hadisə
  • Hərbi
  • İqtisadiyyat
  • Dünya
  • Əlaqə

Ermənistanın keçmiş baş nazirinin oğlu saxlanıldı: Sabiq deputat arvadıyla əlaqəsi olan şəxsi öldürtdürübmüş – VİDEO

08 Avqust 2026, 16:57

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları parlamentin keçmiş deputatı, Арташат şəhərinin sabiq meri Arqam Abramyanı sifarişli qətlə təhrik etmək ittihamı ilə saxlayıblar.

Heftelik.az  xəbər verir ki, daha sonra məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

Arqam Abramyan Ermənistanın keçmiş baş naziri Ovik Abramyanın oğlu, “Çiçəklənən Ermənistan” Partiyasının lideri, iş adamı Qagik Tsarukyanın isə kürəkənidir.

Ermənistan İstintaq Komitəsinin məlumatına görə, Abramyan barəsində Cinayət Məcəlləsinin sifarişli qətlin törədilməsinə təhrik etmə maddəsi ilə cinayət işi başlanıb.

İstintaqın versiyasına görə, Abramyan həyat yoldaşının Evangelist xristianlar” dini təşkilatının üzvü, ruhani pastor S.V. ilə şəxsi münasibətlərinin olduğundan, həmçinin ona külli miqdarda pul verdiyindən şübhələnib. Bundan sonra o, qisas almaq məqsədilə həmin şəxsin öldürülməsini planlaşdırıb.

İstintaq Komitəsi iddia edir ki, Abramyan qətli şəxsən törətmək əvəzinə, maddi və şəxsi baxımdan ondan asılı olan təhlükəsizlik xidmətinin əməkdaşı G.X.-yə tapşırıb.

İstintaqın məlumatına əsasən, G.X. bu tapşırığı sifariş kimi qəbul edib və 30 aprel 2023-cü ildə İrəvanın Myasnikyan prospektində S.V.-ni odlu silahla qətlə yetirib.

Faktla bağlı istintaq davam etdirilir.

 

Yazı naviqasiyası

Türkiyə gəmilərin boğzalardan Qara dənizə keçidini məhdudlaşdırır
Tramp Ermənistan və Azərbaycan arasında sülhə nail olub – ABŞ dövlət katibi

Son xəbərlər

Zelenski Ukrayna ilə Rusiya arasında atəşkəs razılaşmasının əldə olunmamasının səbəbini açıqladı

12 Noyabr 2026, 03:51

ABŞ müharibənin dayandırılmaası üçün Ukraynadan Donbasdan imtina etməyi tələb edir – Zelenski

12 Noyabr 2026, 03:44

Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edildi

11 Noyabr 2026, 20:21
Son yazılar
Heftelik.az
Həftəlik.az

Biz sizi düşünürük

  • Haqqımızda
  • Əlaqə