Azərbaycan şairi, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar mədəniyyət işçisi  Çingiz Əlioğlu vəfat edib.

Heftelik.az xəbər verir ki, bu barədə APA-ya Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid məlumat verib.

Çingiz Əlioğlu bu gün səhər saatlarında vəfat edib.

Xatırladaq ki, Çingiz Əlioğlu 1944-cü ildə Füzuli rayonunda anadan olub. Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafındakı xidmətlərinə görə 1991-ci ildə Azərbaycanın Əməkdar mədəniyyət işçisi və 2005-ci ildə Azərbaycanın Əməkdar İncəsənət xadimi fəxri adlarına layiq görülüb.