
Balakən baş verən yol qəzasında bir ailənin 2 üzvü və daha bir nəfər ölüb, iki nəfər xəsarət alıb.
Heftelik.az APA-ya istinadən xəbər verir ki, “Toyota” markalı avtomobilin sürücüsü Rəşad Mütəllibov, onun anası – 52 yaşlı Pərvanə Məmmədova və “Hyundai”nin sürücüsü Məryəm Hoorsova hadisə yerində ölüb.
Qəzada xəsarət alanların isə “Toyota”da olan sərnişin 51 yaşlı Yaşar Mütəllibov və “Hyundai”da olan sərnişin 61 yaşlı Şərif Soltanov olduğu bildirilir.
Qeyd edək ki, “Toyota” markalı avtomobildə olan şəxslər hamısı bir ailənin üzvləri olub.
***
saat 10.17
Balakən rayonunda ağır qəza olub.
Heftelik.az APA-ya istinadən xəbər verir ki, hadisə səhər saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunda, Balakənin Katex kəndi ərazisindən keçən hissəsində baş verib.
“Hyundai”, “KİA” və “Toyota” markalı avtomobilləri toqquşub. Qəza zamanı üç nəfər aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.
Ölənlərdən ikisinin “Toyota” markalı avtomobildə olan sərnişinlər – Balakən sakini Rəşad Mütəllibov və “Hyundai”nin sürücüsü Katex kənd sakini Məryəm Hoorsobadı olduğu bildirilir.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
