
Yol polisi qaydaları pozan Əməkdar artist Aqşin Abdullayevlə bağlı tədbir görüb.
Heftelik.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Elvin Hacıyev Lent.az-a bildirib ki, sürücü barəsində qanunamüvafiq məsuliyyət tədbiri görülüb.
“Sürücülərdən bir daha xahiş edirik ki, yol hərəkərti qaydalarına ciddi əməl etsinlər”, deyə E.Hacıyev əlavə edib.
***
saat 11.07
Əməkdar artist Aqşin Abdullayev yolu kəsib mahnı oxuyub.
Heftelik.az Avtosfer.az-a istinadən xəbər verir ki, sənətçi sözügedən görüntüləri sosial şəbəkə hesabında paylaşıb.
Kadrlardan görünür ki, o, idarə etdiyi 90-RX-200 dövlət qeydiyyat nişanlı “Cadillac” markalı avtomobili yolun hərəkət hissəsinin tam mərkəzində saxlayıb, daha sonra isə avtomobildən düşərək yolun ortasında mahnı oxumağa başlayıb.
Bu zaman arxadan gələn digər nəqliyyat vasitələrinin sürücüləri oranı çətinliklə keçiblər.
