İran və Oman arasında danışıqlar təhlükəsiz gəmiçilik marşrutunun müəyyənləşdirilməsinə yönəlib.
Heftelik.az APA-ya istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib.
İsmayıl Bəqai Hörmüz boğazında son vəziyyət və İrana qarşı dəniz blokadası ilə bağlı danışıb.
Bəqai bildirib ki, Hörmüz boğazının bağlanması ABŞ və İsrail rejiminin İrana qarşı təcavüzünün və regiondakı hərbi bazalardan istifadə etməsinin nəticəsidir.
Bəqai əlavə edib ki, Omanla aparılan danışıqlar yalnız beynəlxalq gəmiçilik üçün təhlükəsiz marşrutun müəyyənləşdirilməsinə yönəlmiş ikitərəfli prosesdir və siyasi fikir ayrılıqları ilə əlaqəsi yoxdur.
O vurğulayıb ki, BMT Baş Assambleyasının 3314 saylı qətnaməsinə əsasən, ABŞ tərəfindən dəniz blokadasının davam etdirilməsi açıq şəkildə “təcavüz aktı” hesab olunur.
Bəqai qeyd edib ki, düşmənçilik xarakterli addımlar davam etdiyi müddətdə bu su yolunun təhlükəsizliyi üçün şərait mövcud deyil.
Onun sözlərinə görə, Hörmüz boğazının açılması ABŞ-ın qanunsuz addımlarını dayandırmasından, dəniz blokadasını aradan qaldırmasından və dəymiş zərərin kompensasiya edilməsindən asılıdır.
