Kolumbiyanın qərbində bazar ertəsi 7,4 bal gücündə zəlzələ baş verib.

Heftelik.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Zəlzələnin episentri Çoko departamentindəki San-Xose-del-Palmar şəhərində, paytaxt Boqotadan təxminən 280 kilometr uzaqlıqdadır.

Manisales şəhərində  10 bina tamamilə dağılıb, 20-dən çox yaşayış binasına isə qismən ziyan dəyib. Pereyra şəhərində də dağıntı var.

Bundan başqa, iki xəstəxana, bir sıra məktəb və kilsələrə zərər dəyib.

Zəlzələ nəticəsində azı 55 nəfər ölüb.