Ukrayna Silahlı Qüvvələri Rusiyanın Tatarıstan Respublikasına pilotsuz uçuş aparatları ilə hücum edib.

Heftelik.az xəbər verir ki, bu barədə Tatarıstan rəhbərinin mətbuat xidməti məlumat yayıb.

Ukrayna Nijnekamsk şəhərində sənaye və mülki obyektlərə zərbələr endirib. Nəticədə 12 nəfər ölüb, 39  nəfər yaralanıb.

Tatarıstan rəhbəri Rüstəm Minnixanovun qərarı ilə Nijnekamska PUA hücumunda həlak olanların xatirəsinə matəm günü elan olunub.