Ukrayna Xəzər dənizində gəmiyə hücum zamanı İrana vurduğu ziyanı könüllü şəkildə ödəməlidir. Əks təqdirdə, buna özümüz nail olacağıq.
Heftelik.az APA-ya istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib.
İran XİN sözçüsü qeyd edib ki, Ukrayna rəsmilərinin etirafından sonra dəymiş zərər mütləq şəkildə kompensasiya edilməlidir: “Hələ də bildiririk ki, Ukrayna tərəfinin bu hadisənin təsadüfən baş verdiyinə dair iddiaları bizi inandırmadı. Biz onların izahatlarını dinlədik, lakin Ukrayna tərəfinin bəyanatlarına əsasən, onlar dəymiş ziyanı ödəməyə borcludurlar”.
