Xüsusi notariusun vəzifə səlahiyyətlərinin dayandırılması qaydası qanunla tənzimlənib.
Heftelik.az-ın məlumatına görə, bu, “Notariat haqqında” Qanunda əksini tapıb.
Qəsdən cinayətdə təqsirləndirilən şəxs qismində cəlb edilən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan və ya siyasi partiyada fəaliyyətini dayandırmayan notarius vəzifədən kənarlaşdırılır.
Bu müddətdə notariat hərəkətlərini aparmaq hüququ dayandırılır.
Əsaslar aradan qalxdıqdan sonra notarius yenidən vəzifəsinə buraxıla bilər.
