Notariat fəaliyyəti zamanı qanunvericiliyin tələblərinin dəfələrlə və kobud şəkildə pozulması ciddi nəticələr doğuracaq.
Heftelik.az-ın məlumatına görə, bu, “Notariat haqqında” qanunda əksini tapıb.
Belə hallarda notariusun şəhadətnaməsi ləğv ediləcək.
Eyni zamanda 65 yaşa çatdıqda və ya dövlət notariusu vəzifəsindən azad edildikdə də bu qərar tətbiq olunur.
Qanun notariat fəaliyyətinin peşəkarlıq səviyyəsinin qorunmasını məqsəd qoyur.
