Dövlət-özəl tərəfdaşlığı və bərpa olunan enerji layihələri üzrə fəaliyyət göstərən hüquqi şəxslər üçün xüsusi vergi güzəşti müəyyən olunub.
Heftelik.az-ın məlumatına görə, bu, Vergi Məcəlləsində əksini tapıb.
Həmin layihələrdən əldə olunan mənfəət müqavilədə müəyyən edilən müddət ərzində vergidən azad edilir.
Güzəştin tətbiq müddəti tikinti dövrü də daxil olmaqla 30 ildən artıq ola bilməz.
Bu mexanizm iri investisiya layihələrinin həyata keçirilməsini təşviq edir.
