Xaricdən alınmış borclar üzrə faizlərin gəlirdən çıxılması üçün xüsusi tələblər müəyyən olunub. Heftelik.az-ın məlumatına görə, bu, Vergi Məcəlləsində əksini tapıb. Faiz məbləği müəyyən edilmiş həddən artıq olduqda həmin hissə gəlirdən çıxılmır. Bəzi borc münasibətlərinə transfer qiymətqoyması ilə bağlı ayrıca qaydalar tətbiq edilir. Məhdudiyyətlər vergi bazasının süni şəkildə azaldılmasının qarşısını almağa yönəlib.