Lənkəranda itkin kimi axtarılan iki nəfərin meyiti tapılıb.
Heftelik.az APA-ya istinadən xəbər verir ki, hadisə Lənkəran rayonunun Havzava kəndində baş verib.
Bir neçə gündür ailə üzvləri tərəfindən axtarılan – 1997-ci il təvəllüdlü Xəzər Vurğun oğlu Mirzəyev və 2010-cu il təvəllüdlü Fidan Şahid qızı Məmmədovanın meyiti Lənkəranda “İbadi” deyilən meşəlik ərazidə aşkarlanıb.
Hazırda ölüm səbəbləri araşdırılır.
Meyiti tapılan şəxslərin qohum olduqları bildirilir.
