62 yaşlı Hollivud ulduzu Bred Pitt şəxsi həyatı ilə bağlı səmimi etiraflar edib.
Heftelik.az Lent.az-a istinadən xəbər verir ki, aktyor keçmiş həyat yoldaşı Ancelina Coli ilə uzun illər davam edən münaqişənin və övladları ilə münasibətlərində yaranan uzaqlığın ona ciddi emosional təsir göstərdiyini bildirib.
Pitt həmin dövrdə özünü çıxılmaz vəziyyətdə hiss etdiyini və həyatına son vermək barədə düşüncələrin ağlından keçdiyini etiraf edib. Pitt yaşadığı dövrün həyatının ən ağır mərhələlərindən biri olduğunu deyib.
Şəxsi həyatındakı çətinliklərə baxmayaraq, Bred Pitt kino fəaliyyətini davam etdirir. Aktyor hazırda dizayner İnes de Ramonla münasibətdədir.
