Nadir qiymətli metal külçələri və nadir qiymətli daşların satışı üzrə xüsusi prosedur müəyyənləşdirilib.
Heftelik.az-ın məlumatına görə, bu, “Qiymətli metallar və qiymətli daşlar haqqında” qanunda əksini tapıb.
Bu məhsullar ilk növbədə müvafiq icra hakimiyyəti orqanına təklif edilməlidir.
Qiymətli metal külçələrinin qiyməti dünya bazarındakı məzənnə nəzərə alınmaqla müəyyən edilir.
Nadir qiymətli daşların qiymətini isə ekspert komissiyaları müəyyənləşdirir.
Komissiyalar maraqlı tərəflərin bərabər əsasda iştirakı ilə formalaşdırılır.
Bu mexanizm strateji əhəmiyyətli resursların dövlət tərəfindən prioritet qaydada əldə olunmasına imkan yaradır.