Zərgərlik məmulatlarında dövlət əyar damğasının saxtalaşdırılması məsuliyyət yaradacaq.
Heftelik.az-ın məlumatına görə, bu, “Qiymətli metallar və qiymətli daşlar haqqında” qanunda əksini tapıb.
Saxta əyar damğası həkk edilmiş məmulatların satışı da qanun pozuntusu hesab olunur.
Belə hallara görə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət tətbiq ediləcək.
Bu tələb zərgərlik məmulatları istehsalçılarına şamil edilir.
Məqsəd bazarda saxta məhsulların qarşısını almaqdır.
Beləliklə, istehlakçıların hüquqlarının qorunması gücləndiriləcək.