Ümumi təhsil müəssisələrinin işçiləri səmərələşdirici təkliflərlə çıxış etmək və innovasiya fəaliyyəti ilə məşğul olmaq hüququ əldə edirlər.

Heftelik.az-ın məlumatına görə, bu, “Ümumi təhsil haqqında” qanunda əksini tapıb.

Dövlət məktəblərinin sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirlər təhsilin inkişafına yönəldiləcək.

Həmin vəsait şagirdlərin həvəsləndirilməsi və işçilərin sosial müdafiəsinə də sərf olunacaq.

Bundan başqa, məktəblər təhsil məqsədilə ölkəyə gətirilən avadanlıqlara görə müəyyən güzəşt və imtiyazlardan istifadə edə biləcəklər.