Xüsusi notarius fəaliyyətini ayrıca və razılaşdırılmış məkanda həyata keçirməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Notariat haqqında” qanunda əksini tapıb.
Bu yer notariusa məxsus və ya icarəyə götürülmüş ola bilər.
İki və ya daha çox notarius razılaşdırılmış müqavilə əsasında eyni ofisdə fəaliyyət göstərə bilərlər.
Müqavilədə iş bölgüsü və ofisin idarə olunması kimi məsələlər əks etdirilməlidir.
